Messinin Bakıda imzaladığı topu elə qiymətə satırlar ki… – FOTO

lionel messi bakude hayranlariyla bulustu w2t7

Xəbər verdiyimiz kimi, futbol əfsanəsi Lionel Messi və dünya ulduzları Luis Suarez, Serxio Buskets, Xordi Alba ötən gün Bakıda səfərdə olub.

Globalinfo.az Qafqazinfo-ya istinadən xəbər verir ki, səfər çərçivəsində ulduz futbolçuların azarkeşlərlə görüşü təşkil edilib.

Bakı Kristal Zalında təşkil olunan mərasimdə futbolçular imzalı toplar hədiyyə ediblər.

Bu toplardan biri isə elan saytında 5 min manata satışa çıxarılıb.

Maraqlıdır ki, elan sonradan deaktiv edilib. Topun satılıb-satılmadığı isə sual olaraq qalır.