Messi və Ronaldo yenidən qarşılaşır – Tarix açıqlandı

Fransanın PSJ klubu qış təlim-məşq toplanışını Qətər və Səudiyyə Ərəbistanında keçirəcək.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, PSJ yanvarın 17-də Qətərin paytaxtı Dohaya uçacaq və orada 2022-ci il dünya çempionatının stadionlarından birində məşq edəcək.

Bundan sonra Fransa nəhəngi Ər-Riyada yollanacaq və yanvarın 19-da Səudiyyə Ərəbistanının iki əsas yerli klubu “Ən-Nəsr” və “Əl-Hilal” klubları ilə yoldaşlıq oyunu keçirəcək.

Qeyd edək ki, 2022-ci ilin dekabr ayının sonunda Səudiyyə Ərəbistanı klubuna keçən Kriştianu Ronaldu “Ən-Nəsr”in heyətində PSJ-yə qarşı mübarizə apara bilər.

Bu qarşılaşma portuqaliyalı üçün yeni komandasında debüt oyunu da ola bilər.