Messi PSJ-dən gedir? – Atası AÇIQLADI – FOTO

PSJ-nin ulduz futbolçusu Lionel Messinin atası və meneceri Xorxe Messi oğlu ilə bağlı yayılan xəbərləri təkzib edib.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə o, özünün sosial şəbəkə hesabında paylaşım edib.

“Yalan yazmağa nə qədər davam edəcəklər? Sübutlar haradadır? Bu xəbərlərin hamısı saxtadır”, – X.Messi yazıb.

Ulduz futbolçunun atası PSJ-nin Lionelin şərtlərini qəbul etməməsi, oyunçunun baş məşqçi Kristof Qaltye ilə problemlərə görə komandanın məşqini tərk etməsi və Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan 600 milyon avro tələb etmələri ilə bağlı xəbərlərə paylaşımında cavab verib.