Messi mundiallar tarixində rekorda ortaq oldu

Argentinalı hücumçu Lionel Messi dünya çempionatında 25-ci oyununu keçirir.

Globalinfo.az “Sports.ru”ya istinadən xəbər verir ki, Cənubi Amerika yığmasının kapitanı DÇ-2022-nin yarımfinalında Xorvatiya ilə oyunda start heyətində yer alıb.

35 yaşlı hücumçu Almaniya millisinin keçmiş müdafiəçisi Lotar Matteusa məxsus dünya çempionatlarındakı oyun rekordunu təkrarlayıb.

PSJ-ni təmsil edən futbolçunun şənbə və ya bazar günü üçüncü yer uğrunda və ya final matçında iştirak edərək bu nailiyyəti üstələmək imkanı var.