Messi “İnter Mayami”yə keçdi

Messi “İnter Mayami”yə keçib.

Globalinfo.az Lent.az-a istinadən xəbər verir ki, ABŞ-ın “İnter Mayami” futbol klubu öz sosial şəbəkələrində argentinalı hücumçu Lionel Messinin klubuna keçdiyini təsdiqləyən video yayımlayıb.

“Bəli, uşaqlar. Mayamidə görüşənədək”, Messi videoda bildirib.

Messinin təqdimat mərasimi iyulun 16-da baş tutacaq.

Son iki ildə Messi PSJ-də çıxış edib.

Ümumilikdə Messi ötən mövsüm Fransa çempionatında 32 matçda 16 qol vurub, 16 məhsuldar ötürmə edib. Argentina millisinin tərkibində futbolçu dünya çempionu olub. Finalda argentinalılar fransızları məğlub edib.

Bundan əvvəl o, 18 il “Barselona”da olub, onunla 10 dəfə İspaniya çempionatının, 7 dəfə ölkə kubokunun və 4 dəfə Çempionlar Liqasının qalibi olub. Argentinalı yeddi dəfə “Qızıl top”u qazanıb.