Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujniyə Lionel Messinin imzası olan “İnter Mayami” futbolkası hədiyyə edilib.
Globalinfo.az xəbər verir ki, hədiyyəni ona tanınmış ukraynalı iş adamı Yuri Sapronov verib. Bu barədə Sapronov öz “Facebook” səhifəsində yazıb.
Əfsanəvi argentinalı formada təkcə öz imzasını buraxmayıb, həm də formanı verdiyi şəxsin adını da qeyd edib: “Valeri”.
Sapronov bu yaxınlarda Mayamidə olduğunu və Sergey Krivtsovun köməyi ilə “İnter Mayami”nin məşqinə girdiyini və orada Messidən avtoqraf aldığını bildirib.















