Messi Argentinanın finala çıxmasından danışdı

Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatında finala çıxmaqları ilə bağlı danışıb.

Globalinfo.az “Qafqazinfo”ya xəbər verir ki, həm də ölkə yığmasının sabiq üzvü Qabriel Batistutanın mundiallarda 10 qollu rekordunu geridə qoymasına da münasibət bildirib:

“Bu cür rekordlar yaxşıdır. Amma bizim komandamızın uğuru hər şeydən vacibdir. Ən gözəli dünya çempionu olmaqdır. Bir addımımız qalıb. Çox mübarizə apardıq və tam gücümüzlə əsas matça hazırıq”.

Qeyd edək ki, Argentina finalda Fransa ilə oynayacaq. Matç dekabrın 18-i saat 19:00-da baş tutacaq.