Zədələnən Messi final görüşündə oynayacaqmı?

Argentinalı ulduz futbolçu Leonel Messi final matçında meydana çıxa biləcək.

Globalinfo.az xəbər verir ki, bu barədə “Telefoot” məlumat yayıb.

Bildirilib ki, Messi bugünkü oyuna tam hazırdır.

Əzələsindən zədələnən Di Marianın da meydana çıxa biləcəyi ehtimal olunur.

Qeyd edək ki, L.Messi Xorvatiya ilə oyunda aldığı zədə səbəbindən yığmanın idmanını yarımçıq tərk etmişdi. Bundan sonra onun final görüşünə çıxmaması barədə iddialar yayılmışdı.

Xatırladaq ki, Argentina-Fransa matçı bu gün saat 19:00-da start götürəcək.