Argentina milli komandasının baş məşqçisi Lionel Skaloni “İnter Mayami”nin ulduz hücumçusu Lionel Messinin səhhəti ilə bağlı məlumat verib.
Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, may ayının sonunda əzələsindən zədə almasına baxmayaraq, təcrübəli forvardın 2026-cı ildə keçiriləcək dünya çempionatı üçün yığmanın iştirak ərizəsinə daxil edildiyi məlum olub.
“Leonun vəziyyəti qaydasındadır. O, komanda ilə birlikdə məşq prosesinə qatılıb və bu bizim üçün çox vacibdir. Messi kollektivdən tam təcrid olunmayıb və sürətlə sağalır. Çox güman ki, o, yoldaşlıq görüşlərində iştirak edərək yaşıl meydanlara qayıdacaq. Hər bir halda, onun özünü xeyli yaxşı hiss etməsi bizi çox rahatladır. Əgər yığmanın digər üzvlərindən kimsə zədələnərək oynaya bilməsə belə, uyğun əvəzləyici tapacağımıza tam əminik”, – deyə Skaloni qeyd edib.
Xatırladaq ki, 2026-cı il futbol üzrə dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə təşkil olunacaq. Turnirin hazırkı və son qalibi isə elə Argentina seçməsidir.