Messi buna görə üzr VİDEOSU yaydı

Argentina millisinin futbolçusu Lionel Messi PSJ tərəfindən cəzalandırıldıqdan sonra komanda yoldaşlarından üzr istəyib.

Globalinfo.az xəbər verir ki, Messi bununla bağlı instaqram hesabının hekayə bölməsində paylaşım edib.

O, Səudiyyə Ərəbistanına getməsini öncədən planlaşdırdığı üçün bunu ləğv etməsinin mümkün olmadığını deyib:

“Mən həmişə olduğu kimi oyundan sonra bir gün istirahət edəcəyimizi düşündüm. Bu səfəri mən təşkil etmişdim və onu ləğv edə bilməzdim.

Əvvəllər bunu ləğv etmişdim. Komanda yoldaşlarımdan üzr istəyirəm və klubun mənimlə nə etmək istədiyini gözləyirəm”.

Qeyd edək ki, Lionel Messi matçdan sonra özbaşına Səudiyyə Ərəbistanına getdiyi üçün iki həftəlik komanda ilə məşqlərdən kənarlaşdırıb.