Messi bu sözünə görə tənqid olundu – VİDEO

Dünən Dünya Çempionatında keçirilən Argentina-Hollnadiya matçından sonra Lionel Messi ilə Hollandiya millisinin futbolçusu Vot Veqorts arasında mübahisə yaşanıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, oyundan sonra Messi müsahibə verən zaman Veqorts onu təbrik etmək istəyib. Bunun üçün koridorda dayanaraq müsahibənin bitməsini gözləyib. Lakin Messi ona baxan futbolçuya söz atıb: “Nəyə baxırsan, axmaq? Davam et!”. Bundan sonra mübahisə yaşanıb və ətrafdakılar onları ayırıblar.

Qeyd edək ki, Argentina-Hollandiya matçında Veqorts son dəqiqələrdə iki qol vuraraq komandasını məğlubiyyətdən xilas edib. Lakin penaltilərdə Messinin komandası qalib olub.