Messi 400 milyonluq təklifi geri çevirdi – Səbəb

PSJ-nin hücumçusu Lionel Messinin Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna transferi ilə bağlı planı məlum olub.

Globalinfo.az Metbuat.az-a istinadən istinadən xəbər verir ki, Messinin ilk seçimi “Barselona” klubudur. İddialara görə, Messi “Barselona” klubuna transfer ola bilməsə “Əl-Hilal” klubuna keçməyə razılıq verəcək. Əks halda Messi təklifi rədd edəcəyini deyib. Məlumata görə, Messi “Barselona”nın qərarını gözləyir. Məlumata görə, “Barselona” Messi üçün sponsorlar axtarışındadır.

Qeyd edək ki, “Əl-Hilal” klubunun Messiyə illik 400 milyon avro təklif etdiyi irəli sürülür.