Məşhur universitetin müəllimi cinayət törədib intihar etdi – FOTOLAR

Türkiyənin İzmir şəhərində Ege Universitetinin müəllimi və dosenti Yusuf Yılmaz azyaşlı qızı və qayınanasını tapança ilə qətlə yetirib.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, Yılmaz, həmçinin həmkarı və boşanma mərhələsində olduğu arvadı, dosent Derya Uzelli Yılmazı da ağır yaralayıb, daha sonra isə intihar edib.

38 yaşlı Yusuf Yılmaz həyat yoldaşı Derya Uzelli Yılmazın yaşadığı evin qarşısına gəlib və burada avtomobildən düşən 4 yaşlı qızı Linda Yılmazı, 61 yaşlı qayınanası Dilek Uzellini və 38 yaşlı həyat yoldaşı Derya Uzelli Yılmazı tapança ilə vurub. Sonra eyni silahla öz başına atəş açıb.

Nəticədə Linda Yılmaz və Dilek Uzelli həyatlarını itiriblər. Derya Uzelli Yılmaz isə təcili yardımla Ege Universiteti Xəstəxanasına aparılıb və vəziyyətinin ağır olduğu bildirilib.

Cütlüyün boşanma prosesinin mübahisəli keçdiyi və xərçəng xəstəsi olan Yusuf Yılmazın bir müddətdir müalicə üçün xaricə gedib-gəldiyi məlum olub.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.