Məşhur tiktoker tutuldu

Tanınmış tiktoker Ömər həbs edilib. 

Globalinfo.az bildirir ki, o, inzibati qaydada 15 sutkalıq həbs edilib.

Belə ki, məhkəmə onu İnzibati Xətalar məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilib.

DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev məlumatı Oxu.Az-a təsdiq edib.