Məşhur Simpson vəfat etdi

Keçmiş amerikalı futbolçu Orental Jeyms Simpson xərçəng xəstəliyindən vəfat edib.

Globalinfo.az bildirir ki, bu barədə onun ailə üzvləri məlumat yayıb.

Simpson aprelin 10-da, 76 yaşında dünyasını dəyişib.

76 yaşında vəfat edən OJ Simpson bir vaxtlar ölkənin əsas amerikalı futbolçularından biri idi.

Simpson “Çılpaq silah” filmində detektiv Nordberq rolunda çəkilib, lakin dünya şöhrətini 90-cı illərin ortalarında baş verən qətl hadisəsindən sonra qazanıb.

OJ Simpson keçmiş həyat yoldaşı Nikol Braun Simpson və onun sevgilisi Ron Qoldmanın qətlinə görə mühakimə olunmuşdu.

1995-ci ildə televiziyada canlı yayımlanan Simpsonun məhkəməsi bütün dünyada izlənilmişdi.

İttiham tərəfi məhkəmədə çoxsaylı sübutlar təqdim etsə də, yekunda məhkəmə ona bəraət verib.

Bu proses böyük rezonans doğurub, müdafiə və ittiham tərəflərinin hər addımı mediada fəal şəkildə işıqlandırılıb.

Hətta bu işi “əsrin məhkəməsi” adlandıranlar da var idi. Simpson bəraət qazansa da, daha sonra Las-Veqasda silahlı soyğunçuluq və adam oğurluğu ittihamı ilə mühakimə olunmuşdu.

“American Crime Story” teleserialının birinci sezonu da bu cinayət işinə həsr olunub.