Məşhur şairin nəvəsi Azərbaycanın ən yaraşıqlı kişisi seçildi

İki gün öncə Azərbaycanda “Mister & Miss Azerbaijan 2023” yarışmasının final mərhələsi keçirilib. Müsabiqənin kişi qalibi Cavidan Kəsəmənli seçilib.

Globalinfo.az lent.az-a istinadən xəbər verir ki,  Cavidan Kəsəmənli mərhum şair Nüsrət Kəsəmənlinin nəvəsi, Əməkdar artist Rəşad Kəsəmənlinin qardaşı oğludur.

Cavidan Kəsəmənli II Qarabağ müharibəsinin iştirakçısıdır. O 3 ay öncə ailə qurub.