nizami reyhan

Mərhum meyxanaçı və şair Nizami Rəmzinin qızı Reyhan həbs olunub. 

Globalinfo.az axşam.az-a istinadən xəbər verir ki, bununla bağlı bloger Nail Kəmərli məlumat yayıb. O, Reyhanın videosunu yayımlayaraq, bunları əlavə edib:

“Heyf səndən, Reyhan. Gərək səni elə o gün aparardım, Reyhan. Məni aldatdın. İnandım sənə. Reyhan artıq həbsdədir. Çox heyf”.

Bloger onun nədən həbs olunduğunu açıqlamayıb.

Qeyd edək ki, N.Kəmərli 2023-cü ildə Reyhanın acınacaqlı həyatını nümayiş etdirmişdi. Narkotik aludəçisi olan Reyhan küçədə yaşayırdı. O, müalicə üçün reabilitasiya mərkəzinə yerləşdirilməli idi.

Paylaş: