Məşhur məşqçidən pis xəbər: “Bir il ömrüm qalıb”

İngiltərə futbol millisinin əfsanəvi məşqçilərindən Sven-Yoran Eriksson xərçəng xəstəliyindən əziyyət çəkir.

Globalinfo.az xəbər verir ki, bu barədə 75 yaşlı mütəxəssis özü məlumat yayıb.

O, təxminən bir il ömrü qaldığını, müalicəyə davam etdiyini deyib.

Qeyd edək ki, S.Y.Eriksson 2001-2006-cı illərdə İngiltərə yığmasının baş məşqçisi olub.