“Telegraph” və “Politico” xəbər təşkilatlarının sahibi Mathias Döpfner İsraili dəstəkləməyən jurnalistləri istefa verməyə çağırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Jewish Insider” məlumat yayıb.
Əldə edilən səs yazısına görə, Döpfner işçilərlə görüşdə İsrailə dəstəyin şirkətin kimliyində əsas yer tutduğunu iddia edib.
“Politico” rəhbərlərinin də qatıldığı 40 dəqiqəlik görüşdə Döpfner bunu bildirib:
“Bizim əsas prinsiplərimiz bu şirkətdə işləmək üçün səbəb təşkil etmirsə, mən onlara başqa yerlərdə işləməyi məsləhət görərdim”.
Ötən il “Die Zeit” qəzetində dərc olunmuş elektron poçtda həmçinin bildirilirdi ki, Döpfner siyasi baxışlarını ümumiləşdirərkən “Sionizm hər şeydən üstündür. İsrail mənim ölkəmdir” ifadəsini işlədib.
Qeyd edək ki, M.Döpfner Almaniyanın böyük media şirkəti olan “Axel Springer SE”nin baş direktorudur.
Əliyar Xəlil
Globalinfo.az