sasa soldat

Rusiyalı tanınmış killer, “Saşa Soldat” təxəllüslü Aleksandr Pustovalov Tver vilayətinin Monino şəhərindəki ciddi rejimli koloniyadan azad edilib. 

Globalinfo.az modern.az-a istinadən xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Onun azadlığa buraxılması barədə qərarı Nelidovski Məhkəməsi qəbul edib.

Həmin şəxs 1990-cı illərdə “Orexovskaya” cinayətkar qrupunun üzvü olub və hüquq-mühafizə orqanlarının məlumatına görə, 30-dan çox insanı qətlə yetirib.

Pustovalov 1999-cu ildə saxlanılıb və sübuta yetirilən 22 qətlə görə 24 il müddətinə azadlıqdan məhrum edilib.

O, şərti azadlığa buraxılıb, belə ki, 3 il hüquq-mühafizə orqanları əməkdaşlarının nəzarətində qalacaq. Ona yaşadığı Moskvanı tərk etmək, gecə saatlarında evini tərk etmək qağağan edilib.

Paylaş: