melaniya 1

ABŞ-ın birinci xanımı Melaniya Tramp “Fox News” telekanalının “İlin Patriotu” mükafatına layiq görülüb.

Globalinfo.az xəbər verir ki, bu barədə  Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“O, bu mükafatı ABŞ-ın həm daxili, həm də xarici siyasətində fəal iştirakına görə alıb. Melaniya Trampın səyləri sayəsində himayədar ailələrdə böyüyən gənclərin mənzillə təmin olunması üçün federal büdcədən 25 milyon dollar ayrılıb. O, həmçinin saxta xəbərlərin dərcini və süni intellektin inkişafı üçün layihələrin yaradılmasını qadağan edən qanunun qəbul edilməsinə töhfə verib”. – deyə bildirilib.

Telekanal ABŞ-ın birinci xanımının ukraynalı və rusiyalı uşaqların ailələrinə qovuşmasına köməklik göstərməsinə xüsusi diqqət yetirib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: