“ABŞ-da xalq inqilabı riski getdikcə artır”.
Globalinfo.az xəbər verir ki, bunu amerikalı jurnalist Taker Karlson deyob.
O, bu fikirlərini “Bloomberg” agentliyinə müsahibəsində səsləndirib.
Karlsonun sözlərinə görə, ABŞ-da orta təbəqə demək olar ki, yox olur, vətəndaşların orta ömür uzunluğu azalır.
Eyni zamanda, ölkə rəhbərliyi amerikalılara yuxarıdan aşağı baxır, onlara yalan danışır və öz məqsədləri üçün istifadə edir.
“Ümid edirəm ki, bu, insanların ayılıb ölkələrinin niyə uğur qazandığını xatırladığı dramatik bir yenidənqurma ilə nəticələnməz. Mən inqilab istəmirəm, amma bu cür davam etsə, ona nail olacağıq. Son bir ildə ABŞ-da gördüyümüz siyasi zorakılıq və onun dəhşətli təzahürləri barədə düşünməyə bilmərəm”, – deyə Karlson bildirib.
O əlavə edib ki, yaranmış vəziyyətə görə məsuliyyət tamamilə siyasi zorakılığa yol verən şəxslərin üzərinə düşür.
Jurnalistin fikrincə, əgər insanlara onların səsinin heç bir əhəmiyyət daşımadığı, dinc yollarla eşidilməyin mümkün olmadığı aşılanarsa, onlar zaman keçdikcə zorakılığa əl atmağa başlayacaqlar.
Əliyar Xəlil
Globalinfo.az