Məşhur idmançı və dostu zorlamada ittiham olunur

Məşhur irlandiyalı döyüşçü və çempion Konor Makqreqor 35 yaşlı qadına təcavüz etməkdə ittiham olunur.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Guardian“ nəşri məlumat yayıb.

Baş verən cinayətdə Makqreqorun Ceyms Lourens adlı dostunun da ittiham olunduğu bildirilir.

Məlumata görə, 6 il əvvəl olmuş zorlama ittihamı ilə bağlı noyabrın 5-də cinayət işi başladılıb.

Belə ki, 35 yaşlı saç ustası Nikita Hand adlı qadın idmançı və dostu barəsində polisə şikayət edib.

Qadının dediyinə görə, Konor Makqreqor və Ceyms Lourens ona cinsi təcavüz ediblər.

O, belə bir hadisənin Dublində keçirilən əyləncə gecəsindən sonra baş verdiyini iddia edib.

N.Hand idmançı və onun dostu tərəfindən iki dəfə təcavüzə məruz qaldığını və onların narkotik maddə istifadə etdiklərini deyib.

Məhkəmənin məlumatına görə, hadisə 2018-ci il dekabrın 8-də Milad şənliyi zamanı baş verib.

İdmançının vəkili isə belə bir hadisənin olmadığını bildirib:

“Nikita Makqreqoru uşaqlıqdan tanıyır. Ona görə də bəzən sosial şəbəkələr vasitəsilə əlaqə saxlayıblar. Ziyafətdən sonra o, bayramı davam etdirmək üçün idmançıya özü zəng edib. Qadın rəfiqəsi ilə idmançının olduğu otelə gəlib”, – məlumatda deyilir.

Nikita Konor tərəfindən döyüldüyünü və hadisədən bir gün sonra həkimə müraciət etdiyini qeyd edib.

Eyni zamanda Konor və dostu bütün ittihamları rədd edir və hər şeyin qarşılıqlı razılıq əsasında olduğunu iddia edirlər.

Dostların sözlərinə görə, Nikita onlardan sadəcə pul almaq istədiyi üçün şər atır.

“Sky News”un məlumatına görə isə, oteldən yayılan görüntülər Nikitanın ifadəsinə ziddir:

“Videoda qadının Makqreqora özünün yaxınlaşdığı, onu qucaqlaması və əlindən öpməsi aydın şəkildə görünür”, – məlumatda deyilir.

Leyla Əlisoy
Globalinfo.az