026fe72e fcf4 4269 8ed2 762c12eab75b 1600 900 fit

General-leytenant Araz Məmmədov Dövlət Sərhəd Xidməti rəisinin müavini, Sərhəd Qoşunları komandanı vəzifəsindən azad edilib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə müvafiq Sərəncam imzalanıb.

General Araz Məmmədov DSX-nin Sahil Mühafizəsinin rəisi təyin olunub.

Başqa Sərəncamla DSX Sahil Mühafizəsinin rəisi Müzəffər Pirizadə Dövlət Sərhəd Xidməti rəisinin müavini, Sərhəd Qoşunları komandanı vəzifəsinə gətirilib.

Paylaş: