Ordumuzun önündən qaçan separatçıya vəzifə verildi

Keçmiş qondarma rejimin “müdafiə nazirinin müavini”, separatçı Sergey Arstamyan Ermənistan İstintaq Komitəsi sədrinin müşaviri təyin edilib.

Globalinfo.az xəbər verir ki, bununla bağlı Komitənin sədri Argişti Karamyan əmr imzalayıb.

Qeyd edək ki, Sergey Vladimir Arstamyan 1973-cü ildə Xankəndidə anadan olub. Keçmiş qondarma rejiminin qanunsuz fəaliyyəti müddətində Qarabağda bir sıra “yüksək vəzifələrdə” çalışıb.

Son olaraq 2022-2023-cü illərdə qondarma rejimin “müdafiə nazirinin müavini” vəzifəsini icra edib. Sentyabrın 19-20-də keçirilən antiterror əməliyyatlarından sonra digər “rəsmi” şəxslərlə birlikdə Ermənistana qaçıb.

Ayşən Mustafa
Globalinfo.az