tsarukyan

UFC döyüşçüsü Arman Tsarukyan Gürcüstanda keçirilən RAF turnirində fitə basılmasından danışıb.

Globalinfo.az publika.az-a istinadən xəbər verir ki, Tsarukyan yenidən sərbəst güləşçi kimi yarışıb və Qazaxıstandan olan MMA döyüşçüsü Kuat Xamitov üzərində erkən qələbə qazanıb.

O, döyüşdən sonra keçirilən mətbuat konfransında deyib:

“Bu, mənə təsir etmədi, sadəcə məni motivasiya etdi. Hamının mənə qarşı olduğu yerlərə getməyi sevirəm.

Kimin mənə nə qışqırmasından asılı olmayaraq, işimi görməyə çıxdım. Əvvəllər də belə vəziyyətlərlə qarşılaşmışam və özümü yaxşı hiss edirdim. Hara getdiyimi bilirdim”.

Paylaş: