Qətərin keçmiş əmiri Şeyx Həməd bin Xəlifə Al Sani 74 yaşında vəfat edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Qətərin Əmirlik Divanı rəsmi məlumat yayıb.
Bildirilib ki, uzun müddətdir müalicə alan sabiq əmir iyulun 12-də dünyasını dəyişib. Ölüm səbəbi ilə bağlı əlavə məlumat açıqlanmayıb.
Qeyd edək ki, Şeyx Həməd bin Xəlifə Al Sani 1995–2013-cü illərdə Qətərə rəhbərlik edib. Onun hakimiyyəti dövründə ölkə təbii qaz gəlirləri hesabına sürətli iqtisadi inkişaf yolu keçərək diplomatiya, media, təhsil və idman sahələrində qlobal nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. O, 2013-cü ildə hakimiyyəti oğlu, hazırkı əmir Tamim bin Hamad Al Thani-yə könüllü şəkildə təhvil vermişdi.
Safura Bənnayeva
Globalinfo.az