Məşhur deputatın qızının adı bu siyahıda yer aldı

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələrini açıqlayıb. Nəticələr açıqlanan kimi tanınmış şəxslərin övladlarının, yaxınlarının ali məktəblərə qəbulu haqda məlumatlar yayıldı.

Tələbə adını alanlar arasında Milli Məclisin deputatı Elman Nəsirovun qızı Zəhra Nəsirovanın da adı var.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, Z.Nəsirova Azərbaycan Dillər Universitetinin alman dili ixtisasına qəbul olub.

E.Nəsirov məlumatı saytımıza təsdiq edib:

“Bəli, qızım Zəhra bu il tələbə adını qazandı. Özünün alman dilinə həvəsi olduğu üçün bu ixtisası seçdi”.

Qeyd edək ki, Zəhra Nəsirova həm də ingilis dilini bilir.

Zaira Akifqızı
Globalinfo.az