govher sahmat

İtaliyanın Sardiniya adasında 20 yaşa qədər şahmatçılar arasında rapid üzrə dünya çempionatı keçirilib.

Globalinfo.az xəbər verir ki, Azərbaycan şahmatçısı Gövhər Beydullayeva yarışda tarixi uğura imza atıb.

O, 9 oyundan 11 xal toplayaraq mundialı birinci pillədə başa vurub.

Azərbaycanın digər şahmatçısı Məhəmməd Muradlı isə 6,5 xalla 13-cü yerdə qərarlaşıb.

Oktyabrın 13-də İtaliyada blits üzrə dünya çempionatı başlayacaq.

Qeyd edək ki, Gövhər Beydullayeva Mərkəzi Gömrük Hospitalının həkimi, cərrah-transplantoloq Kamran Beydullayevin qızıdır.

Paylaş: