Məşhur bodibilderin ölüm səbəbi açıqlandı – VİDEO

mutant

“Mutant” ləqəbi ilə tanınan məşhur bodibilder İlia Qolemin 36 yaşında ölməsinə yol açan səbəblər məlum olub.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, bodibilder bir həftə öncə infarkt keçirərək komaya düşmüşdü.

İdmançının həyat yoldaşı Anna bildirib ki, xəstəxanaya aparıldıqdan iki gün sonra onun beyin ölümü gerçəkləşib.

Həkimlər bodibilderin pəhriz proqramını “dəlilik” adlandırıblar. Bildirilib ki, İlia Qolem gündə 208 ədəd suşi, 2,5 kq ət məhsulu yeyirmiş, bu isə 16 500 kalori edir. Üstəlik, idmançı daha çox əzələ kütləsi qazana bilmək üçün hər gün özünə 50 doza insulin vururmuş.

160 kq (352.8 funt) çəkiyə sahib olan idmançı 185 sm boya sahib idi.

pCM8jpYe50ZQF7zywVGHLSI6yH7i8jJ74AMpiM2A:640

 

LZRTJPqMCdKaEopnV4AH1ky2hsSh2mz5NRhaV5Gp:640

 

JDnggsHRSQ5UVQM9EVhI03UqTAG4PApACldS2bTq:640