Məşhur bloger başından vurularaq öldürüldü – FOTOLAR

Gözəllik sahəsində fəaliyyət göstərən məşhur bloger Maya Yaneska Yohannesburqda öz evində ölü tapılıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı “The New York Post” yayıb.

Hadisə yerinə gələn polis Maya Mia adı ilə tanınan bloqer və vizajisti yatağında başından güllə yarası almış halda aşkar edib. Silah blogerin yanında yataqda olub.

İnstaqram sosial şəbəkəsində 1,2 milyon izləyicisi olan blogerin sevgilisi atəş səsi eşitdikdə hamam otağında olduğunu bildirib.

İstintaq tədbirləri çərçivəsində silahın kimə məxsus olduğu açıqlanmayıb.