Məşhur bankın rəhbərliyində nə baş verir? – FOTO

“Bank of Baku”nun İdarə Heyətinin sədri dəyişib.

Globalinfo.az APA-ya istinadən bildirir ki, bankın İdarə Heyəti sədrinin birinci müavini Həsən Quliyev İdarə Heyətinin yeni sədri seçilib. O bu vəzifədə Filiz Yunus Emreni əvəzləyib. Filiz Yunus Emre isə bankın İdarə Heyətinin üzvü olaraq qalıb.

Qeyd edək ki, bankın İdarə Heyətinin digər üzvü Ülvi Yusifov, İdarə Heyətinin sədrinin müavini isə Tural Məmmədovdur.

Xatırladaq ki, “Bank of Baku” 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 milyon manatdır. Bankın səhmlərinin 35 %-i “NAB Holdinq”ə, 31,1%-i Hikmət Abuzər oğlu İsmayılova, 28,9%-i “Azpetrol Neft Şirkəti” MMC-yə, 5%-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.

"Bank of Baku"nun İdarə Heyətinin sədri dəyişib - Eksklüziv

Həsən Quliyev