Məşhur alim açıqladı: Xoşbəxt olmağın 20 qaydası

Alim və psixoterapevt Mixail Litvak həyatı asanlaşdırmağa, çətinlikləri və münaqişələri aradan qaldırmağa, əlverişsiz vəziyyətlərdən qaçmağa kömək edən 20 sadə məsləhət verib.

Globalinfo.az Kult.az  -a istinadən onları təqdim edir:

1. Kişi və ya qadın məntiqi yoxdur. Sadəcə, biri səriştəli mühakimə etməyi bacarır, digəri yox;

2. Ancaq sevinclərinizi bölüşün: yaxın adam sevinəcək, düşmən isə əsəbiləşəcək;

3. Özünüz haqqında yaxşı düşünün, onda başqalarının sizin haqqınızda nə düşünməsinə ehtiyacınız olmayacaq;

4. Xəyallar öz qabiliyyətinizdən yaranmalıdır. Təbiət sizə gözəl səs bəxş etməyibsə, operada oxumağı xəyal etməyə dəyməz. Mümkün olanı xəyal edin və arzularınızı həyata keçirməyə çalışın;

5. Getmək üçün yalnız bir əsaslı səbəb ola bilər – şəxsi inkişaf üçün fürsət görməyəndə;

6. Depressiya insanın özünü düşünməsi üçün vasitədir;

7. Xoşbəxtlik zəhmətin və bacarıqla təşkil edilmiş hərəkətlərin son nəticəsidir;

8. Uğur qazanın, onda ətrafınızdakı insanlardan umub-küsməyəcəksiniz;

9. Fərq qoymadan hər kəsi razı salmağa çalışmaq uğursuzluğa düçar olmağın sınanmış yoludur;

10. Düşməninizi üzdən tanımaq istəyirsiniz? Güzgüyə baxın. Orda olanı məğlub etdinsə, digər düşmənlər özləri səndən qaçacaqlar;

11. Sevdiklərinizlə ünsiyyət xoşdur, düşmənlərlə ünsiyyət isə faydalıdır;

12. Əgər kiməsə nəyisə sübut etməyə can atırsınızsa, bu o deməkdir ki, o insan üçün yaşayırsınız. Özünüz üçün yaşamağa başlasanız, heç nəyi sübut etməyə ehtiyac qalmayacaq;

13. İnsanlar bir-birindən ayrılmır, sadəcə, biri irəli gedir, digəri yerində qalır. Üstəlik, ikinci tərk edildiyini düşünür;

14. Boş bir insanla vaxt keçirməkdənsə, yaxşı kitabla vaxt keçirin;

15. Xoşbəxtliyin dalınca getmə, onun yaşadığı yeri tap. Onda xoşbəxtlik özü səni tapacaq. Bəzən xoşbəxtlik öz içimizdə olur, sadəcə öz qabiliyyətlərimizi maksimum dərəcədə inkişaf etdirməliyik;

16. Əgər rədd edilmək istəmirsinizsə, heç kimdən yaxşılıq istəməyin;

17. İnsanın özü haqqında deyəcək heç bir yaxşı sözü olmayanda o, başqaları haqqında pis danışmağa başlayır;

18. İllah nəyisə çeynəmək istəyirsinizsə, sevdiyiniz adamın boğazını deyil, elmin qranitini çeynəyin;

19. Yetişməmiş insanlar bilmədiklərini bilmirlər, yetkin insanlar isə bildiklərini bilirlər. Ona görə də birincilər başqalarını tənqid edir, ikincilər hərəkət edir;

20. Yalnızlığı sevmək və dözmək bacarığı mənəvi cəhətdən yetkin şəxsiyyətlərin göstəricisidir. Ən yaxşı hərəkətləri tənhalıqda edirik.

Və xatırla. Xoşbəxtliyiniz öz əlinizdədir.