cin betsi

Hollivud ulduzu Cin Hekman və həyat yoldaşı Betsi Arakava evlərində ölü tapılıb.

Globalinfo.az “Deyli Meil”ə istinadən xəbər verir ki, onların ölüm səbəbi açıqlanmayıb.

“Buna baxmayaraq, polis zorakılıq əlamətlərinin görünmədiyini deyib”, – deyə nəşr bildirib.

Qeyd olunub ki, cütlüyün sözügedən mənzili ABŞ-ın Nyu-Meksiko ştatının Santa Fe şəhərində yerləşir.

Xatırladaq ki, cütlük 1991-ci ildə ailə həyatı qurub. C.Hekman “Western Unforgiven” filmindəki roluna görə “Oskar” mükafatını qazanıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: