Məşhur aktrisa vəfat etdi

qolubkina

Rusiyanın Xalq artisti Larisa Qolubkina 85 yaşında vəfat edib.

Globalinfo.az  xəbər verir ki, bu barədə teleaparıcı Andrey Malaxov məlumat verib.

“Yarım saat əvvəl xəbər gəldi ki, dostum, möhtəşəm aktrisa Larisa Qolubkina vəfat edib”, – deyə o bildirib.

Aktrisanın son illərdə xərçəng xəstəliyi ilə mübarizə apardığı məlum olub.

Qeyd edək ki, Larisa Qolubkina “Qusar balladası” filmi ilə debüt edib. Şuroçka Azarova rolu ona populyarlıq qazandırıb.

Leyla Əlisoy
Globalinfo.az