681c7aa4a931e950ca792600

Almaniya kansleri Fridrix Merz G20 sammitindən sonra ABŞ Prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həlli planı üzrə noyabrın 27-də razılığa gəlmək ehtimalını şübhə altına alıb.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Pessimist olduğumu söyləmək istəmirəm, lakin hazırda əmin deyiləm ki, yaxın bir neçə gün ərzində məsələ Prezident Trampın istədiyi qərarla yekunlaşacaq”, – Merz bildirib.

Kansler Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlarda iştirak edən tərəflər arasında mövcud fikir ayrılıqlarını qeyd edib. Bununla belə, Merz Trampın sülh planı çərçivəsində bu fikir ayrılıqlarının həllini

tamamilə istisna etməyib.

Tahir Turan
Globalinfo.az

Paylaş: