almanyadan ukrayna cikisi merz savasin nasil bitecegini acikladi

“İrana zərbələr barədə mühazirə oxumağın vaxtı deyil”.

Globalinfo.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz müttəfiqlərinə deyib.

“Almaniya hökuməti hazırkı İran hökumətinin İsraili və bütövlükdə Yaxın Şərqi təhdid edən “terrorçu rejim” olduğuna şübhə etmir”, – deyə o bildirib.

Siyasətçi əlavə edib ki, Berlin Tehran məsələsində Vaşinqton və Təl-Əvivlə eyni fikirdədir

O, həmçinin çərşənbə axşamı Vaşinqtona səfəri zamanı ABŞ Prezidenti Donald Trampla İrandakı müharibəni müzakirə edəcəyini açıqlayıb.

Qeyd edək ki, 28 fevralda ABŞ İsraillə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: