Almaniya kansleri Fridrix Merzin Braziliyada narazılıq doğuran ifadəsi ilə bağlı yaranmış qalmaqalın fonunda rəsmi Berlin geri addım atmaq niyyətində deyil.
Globalinfo.az xəbər verir ki, bunu Almaniya hökumətinin sözçüsü Stefan Kornelius “RİA Novosti”yə verdiyi məlumatda bildirib. O, qeyd edib ki, kansler həmin sözlərə görə üzrxahlıq etməyəcək.
Məsələ Merzin BMT-nin İqlim Konfransının keçirildiyi Braziliyanın Belem do Para şəhərindən “gözəl” Almaniyaya qayıtmaqdan razılığını ifadə etməsi ilə başlayıb.
“Bloomberg” yazıb ki, bu remarka Braziliyada şəhərə qarşı hörmətsizlik kimi qəbul olunub və ciddi narazılıq yaradıb.
Tahir Turan
Globalinfo.az