Almaniyanın İrandakı səfiri Markus Pottsel İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
İran tərəfi Almaniya Kansleri Fridrix Mertzin son açıqlamalarına görə Pottsellə kəskin etirazını bildirib və ona rəsmi nota təqdim edilib. Diplomatdan həmin notanı dərhal Almaniya hökumətinə çatdırması tələb olunub.
Xatırladaq ki, Fridrix Mertzvdaha əvvəl ZDF telekanalına verdiyi müsahibədə İsrailin İrana qarşı hərbi əməliyyatlarını dəstəkləmiş və bu əməliyyatları “hamımız üçün görülən çirkli iş” adlandırmışdı. O, İsrail ordusu və rəhbərliyinə qarşı hörmət və heyranlığını ifadə etmişdi.
Aysel Əliyeva
Globalinfo.az