Almaniyanın yeni hökuməti mayın 6-da işinə başlaya bilər.
Globalinfo.az xəbər berir ki, bu barədə Almaniyanın yeni seçilən Kansleri Fridrix Mertz “Handelsblatt” qəzetinə müsahibəsində deyib.
O bildirib ki, yay tətilindən iki ay öncə işə başlamaq lazımdır ki, bəzi məsələləri həll etməyə zaman olsun və insanlar həqiqətən də nələrinsə dəyişdiyini hiss edə bilsinlər. Mertz misal kimi sərhəd təhlükəsizliyinin yaxşılaşdırılmasını və deportasiyaların artmasını, tədarük zənciri qanununun ləğv edilməsini və bürokratiyanın azaldılmasını göstərib.
Xatırladaq ki, Almaniyada Bundestaqa növbədənkənar seçkilər fevralın 23-də keçirilib.
Aysel Əliyeva
Globalinfo.az