Mərmərə dənizinin suyunun rəngi dəyişib, firuzəyi rəngi qəhvəyi olub.
Globalinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, rəng dəyişiminə səbəb yanğın və daşqınlardır.
Belə ki, Türkiyənin Muğla şəhərində yağan leysan yağışları Marmaris, Datça, Seydikemer, Milas və Köyceğiz rayonlarında daşqınlara səbəb olub.
Yağışdan sonra dağlardan axan su səbəbindən dənizin firuzəyi rəngi qəhvəyi olub.
Qeyd edək ki, 2021-ci ildə Marmaris rayonunun İçmələr ərazisində baş verən meşə yanğınında təpələr üzərindəki meşə sahəsi yanıb. Yanan sahədə yağışdan sonra dağlardan axan palçıqlı su dənizin rəngini dəyişib.

Zaira Akifqızı