Mərkəzi Bankın sədri: “Banklar depozit faizlərini artıra bilərlər” – VİDEO

“Bu gündən Azərbaycanda yerli bankların və xarici bankın yerli filiallarının fiziki şəxslərin əmanətləri üzrə ödədiyi illik faiz gəlirlərini 10% dərəcə ilə vergiyə cəlb edilməsi depozit portfelinin həcminə ciddi təsir göstərməyəcək”.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün keçirilən mətbuat konfransında deyib.

“Vergi Məcəlləsinə əsasən 7 il müddətinə depozit gəlirlərinə güzəşt tətbiq olunub və bu dövr artıq başa çatıb. Depozit gəlirlərinin vergiyə cəlb olunması qanunvericiliyin tələbidir”, – T.Kazımov bildirib.

O, hesab edib ki, güzəştlərin ləğvi əmanət bazasına hər hansı təhdid yaratmır:

“Hesab edirik ki, banklar həmin xərci öz depozit faizlərində əks etdirəcəklər. Ola bilər ki, bu kredit faizlərinə təsir etsin. Bunu isə qarşıdakı təhlillərimiz əsasında deyə biləcəyik”.