Mərkəzi Bankdan “Muğan Bank”ın ləğvinə reaksiya

“Muğan Bank” ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 1,4%, kredit portfelində 2%, sektorun öhdəliklərində isə cəmi 1,3% təşkil edir.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının bankın lisenziyasının ləğv edilməsi ilə bağlı məlumatında qeyd edilib.

“Muğan Bank”ın bank lisenziyasının ləğvi bank sektorunun maliyyə dayanıqlığı və maliyyə sabitliyinə heç bir təhdid yaratmır” – AMB-nin açıqlamasında qeyd edilib.