Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti (AMB) uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayıb.

Globalinfo.az bu barədə AMB-yə istinadən xəbər verir.

AMB uçot faiz dərəcəsini 7,75%-dən 7,5%-ə endirib.

Faiz dəhlizinin aşağı həddi 6,25% saxlayıb.

Faiz dəhlizinin yuxarı həddi isə 8,75%-dən 8,5%-ə endirilib.

Xatırladaq ki, AMB-nin bundan əvvəlki üç qərarında da uçot dərəcəsini endirib. Sonuncu dəfə bu il yanvarın 31-də uçot dərəcəsi 8%-dən 7.75%-ə, faiz dəhlizinin aşağı həddi 6.5%-dən 6,25%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9%-dən 8.75%-ə endirilib.