Mərkəzi Bank rəhbəri tanınmış iqtisadçılarla görüşdü – SİYAHI

Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov ölkədəki iqtisadçı-ekspertlərlə görüşüb.

Globalinfo.az xəbər verir ki, görüşdə iştirak etmiş  iqtisadçı ekspert Natiq Cəfərli görüşdəmüzakirə olunan mövzuları açıqlayıb.

Natiq Cəfərli bir çox problemlərdən danışıldığını bildirib:

“Bir çox problemlərdən danışdıq. Mən əsas 4 məsələni – Vətəndaşlara valyuta satışına 20 min manatlıq məntiqsiz illik limit, Bank sisteminə xarici bankların birbaşa daxil olmasına yaradılan maneələrin səbəbləri, Azərbaycan iqtisadiyyatının institutsional zəif olması və bunun MB-ın işinə mənfi təsirləri, Siyasi Partiyalara və QHT-lərə ianə toplamaq üçün xüsusi tədbiqlərə və proqramlara icazə verilməməsi məsələsini qaldırdım”.

Bütün suallara mümkün qədər açıq cavablar verildiyini vurğulayan İqtisadçı sonda belə görüşlərin tez-tez keçirilməsinə qərar verildiyini qeyd edib.

Qeyd edək ki, görüş Rövşən Ağayev, Seymur İbadov, Natiq Cəfərli, Elşad Məmmədov, Xalid Kərimli və Sevil Mikayılova, habelə AMB-nin 9 əməkdaşı qatılıb.