Merkel və Obama birlikdə görüntüləndilər – FOTO

ABŞ-ın keçmiş prezidenti Barak Obama mayın 3-də Almaniyanın sabiq kansleri Angela Merkellə Berlində yerləşən retoranların birində nahar edərkən görüntülənib.

Globalinfo.az xəbər verir ki, bu barədə Almaniyanın “Exberliner” jurnalı məlumat yayıb.

B.Obamanın onu müşayiət edən kortejlə birlikdə mayın 2-də Almaniyaya gəldiyi bildirilir.

Məlumata görə, çərşənbə günü Barak Obama, Angela Merkel və keçmiş kanslerin həyat yoldaşı Yoahim Zauerl bir italyan restoranında nahar ediblər.

Bu gün o, həmçinin Almaniyanın hazırkı kansleri Olaf Şoltsla da görüşüb. Sabiq prezidentin Mercedes-Benz Arenada keçiriləcək tədbirdə çıxış etməsi gözlənilir.

Ayşən Mustafa
Globalinfo.az