Merkel 900x600 1

Almaniyanın keçmiş kansleri Angela Merkel milyarder İlon Maska ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp hökumətində yer verilməsindən narahat olub.

Globalinfo.az xəbər verir ki, bunu Merkel “Der Şpiqel”ə müsahibəsində deyib.

O bildirib ki, siyasət gərək nüfuzlu şəxslərlə adi vətəndaşlar arasında sosial balans müəyyən etsin:

“Əgər bu son instansiyaya korporasiyalar güclü təsir göstərirsə, o zaman kapital və texnoloji imkanlar bizim hamımız üçün çağırışa çevrilir. Mask kimi adam kosmosdakı bütün peyklərin 60%-nə sahibdirsə, o zaman bu siyasi məsələ kimi hamımızı fövqəladə narahat etməlidir”.

Bununla belə o, “Donald Tramp, yoxsa İlon Mask daha təhlükəlidir?”, – sualına cavab verməkdən imtina edib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: