Mərhum xalq artisti Ramiz Novruzun oğlu, aktyor Cavidan Novruzov sosial şəbəkədə atasıyla bağlı paylaşım edib.
Globalinfo.az Teleqraf.com-a istinadən xəbər verir ki, Cavidan Novruz bu sözləri yazıb:
Çox güman ki, nə efirdə, nə də səhnədə olacam. Çünki psixoloji və mənəvi olaraq hər şeydən soyumuşam. Açıq və səmimi deyirəm. Atamın üç və yeddi mərasimi həftənin dördüncü günü keçiriləcək”.
Qeyd edək ki, Ramiz Novruz ötən gün mədə xərçəngindən dünyasını dəyişib. O, “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.