qeza 98 1

Cəlilabadda yolun buz bağlaması qəzaya səbəb olub.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə yeni Ələt – Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, sürücü idarəetməni itirib və “Mercedes” markalı avtomobil sürüşərək yol kənarına aşıb.

Qəza nəticəsində avtomobildə olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

ce035e6b 4a3e 4daf 921e 81836e5ae0ed
7bb8b2f2 8141 48c9 ac3a e8c4ab81e520

Paylaş: