miqr

“İspaniyanın Seuta şəhərinə daxil olan bütün qeyri-qanuni miqrantlar artıq Mərakeşə qaytarılıb”.

Globalinfo.az xəbər verir ki, bu barədə İspaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“İyulun 30-da sərhədi keçənlərin demək olar ki, hamısı Mərakeşə geri qaytarılıb”, – deyə qurum qeyd edib.

Bildirilib ki, İspaniyanın muxtar şəhərləri olan Seuta və Melilyaya qeyri-qanuni daxil olmaq ölkədə qalmaq, İspaniyanın materik hissəsinə keçmək və ya Avropa ərazisində sərbəst hərəkət etmək hüququ vermir.

Qeyd edək ki, iyulun 30-da on minlərlə miqrant Mərakeş tərəfdən qurudan və dəniz yolu ilə Seutada İspaniya sərhədini kütləvi şəkildə keçməyə cəhd edib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: